RU

Zelenski Modini Rusiya neftini almamağa çağırdı

Bakupost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna prezidenti Vladimir Zelenski Hindistanın baş naziri Narendra Modi ilə uzun sürən telefon danışığı zamanı bir sıra mühüm məsələləri, o cümlədən Rusiyanın hücumları və diplomatik səyləri müzakirə edib.

Bakupost.az xəbər verir ki, bu barədə Vladimir Zelenski məlumat verib.

O qeyd edib ki, Ukrayna xalqının dəstəyinə görə Modiyə təşəkkür edib və ona Rusiyanın son zərbələri, xüsusilə, Zaporojyedə avtovağzala hücum nəticəsində onlarla insanın yaralandığı barədə məlumat verib.

Zelenski vurğulayıb ki, Rusiyanın bu cür hərəkətləri, onun işğal və qətliamları davam etdirmək niyyətini nümayiş etdirir.

Tərəflər Rusiyaya qarşı sanksiyaları da müzakirə ediblər. Zelenski Rusiya enerji daşıyıcılarının ixracının məhdudlaşdırılmasının vacibliyini qeyd edib. O, konkret olaraq, neft ixracının məhdudlaşdırılmasının Moskvanın müharibəni davam etdirmək üçün maliyyə imkanlarını azaltdığını deyib. Zelenski Rusiyaya təsir göstərən liderləri cavab siqnalları göndərməyə çağırıb.

Sonda tərəflər sentyabrda BMT Baş Assambleyasında təkbətək görüşün təyin edilməsi və qarşılıqlı səfərlərin mümkünlüyü üzərində işləmək barədə razılığa gəliblər.

Zaur,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
50
www.bakupost.az

10Источники