RU

NTV-nin "Aktual ekran" verilişinin son buraxılışı Zəngəzur dəhlizinin bir addımlığından tamaşaçılara təqdim edilib

Naxçıvan televiziyasının müəllif və aparıcısı Nicat Quliyev olan “Aktual ekran” verilişinin son buraxılışı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən tarixi görüşə həsr olunub.

"İki sahil" "Şərq qapısı"na istinadən xəbər verir ki, veriliş bu dəfə simvolik məkan – Ordubad rayonunun Kotam kəndindən, Zəngəzur dəhlizinin bir addımlığından tamaşaçılara təqdim edilib.

Buraxılışda ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri arasında baş tutan mühüm üçtərəfli görüşün detalları diqqətə çatdırılıb. Bu görüş Cənubi Qafqazda uzun illər davam edən gərginliyin aradan qaldırılması və sülhün təmin olunması istiqamətində atılmış tarixi addım kimi dəyərləndirilib.

Verilişdə Prezident İlham Əliyevin diplomatik zəfərləri geniş işıqlandırılıb. ABŞ-nin “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişin icrasının dayandırılması haqqında Trampın imzaladığı sənədin mahiyyətindən bəhs edilib və bu qərar Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanğıcı kimi təqdim olunub. Bundan əlavə, tərəflər arasında imzalanan Birgə Bəyannamənin regionun gələcək əməkdaşlıq istiqamətlərini müəyyən edən sənəd olduğu vurğulanıb.

ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı quruma ünvanlanan birgə müraciət də verilişdə ətraflı təhlil edilib. Bu qərar vasitəçilik missiyasında nəticə verməyən formatın rəsmi şəkildə siyasi səhnədən çəkilməsi kimi dəyərləndirilib.

Ən önəmli məqam kimi Zəngəzur dəhlizinin açılması istiqamətində əldə olunan razılaşma qeyd olunub.

Aparıcı Nicat Quliyev məhz dəhlizin bir addımlığından çıxış edərək bu layihənin təkcə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsinin bərpası deyil, həm də regionun iqtisadi, logistika və siyasi mənzərəsini dəyişdirəcəyini vurğulayıb.

Qeyd edək ki, veriliş boyu ekspert şərhləri, tarixi paralellər və sənədlərin regional güc balansına mümkün təsirləri də tamaşaçılara çatdırılıb.

Избранный
23
50
ikisahil.az

10Источники