RU

Ermənistan Aİ-nin müşahidə missiyasının fəaliyyətinə xitam verəcək

Binaların girişlərinə, mənzillərin qapılarına və poçt qutularına paylanan reklam kağızları, bukletlər uzun illərdir ölkədə yayğın reklam üsullarından biri hesab olunur. Lakin bu üsul bir çox hallarda sakinlərin narazılığına səbəb olur. Vətəndaşlar bildirirlər ki, reklam vərəqləri qapı önlərində və bina daxilində yığılıb qalır. Ətrafa səpələnərək həm vizual çirklənmə yaradır, həm də məkanın ümumi görünüşünü korlayır. Bu səbəbdən bəzi insanlar bu üsulun tamamilə qadağan edilməsinin tərəfdarıdır. 

Məsələ ilə bağlı marketinq üzrə mütəxəssis Elxan Mərdanlı Avtosfer.az-a açıqlamasında bildirib ki, qapılara və ya binaların giriş hissələrinə paylanan reklam kağızları ənənəvi reklam növlərindən biridir 
və uzun illərdir bir çox şirkət bu üsulla kifayət qədər uğurlu geri dönüş əldə edib:
“Bu reklam üsulunun tamamilə aradan qaldırılması məqsədəuyğun olmaz, çünki hədəfə birbaşa çatmaq baxımından hələ də effektivdir. Məsələ əsasən reklamın özündə deyil, bu işi icra edən əməkdaşların yanaşmasında ortaya çıxır. Bəzən reklam paylayan şəxslər məsuliyyətsiz davranaraq bukletləri nizamsız şəkildə atır, ətrafa səpələyir və ya giriş hissələrində yığılıb qalmasına səbəb olurlar. Nəticədə həm mənzərə xoşagəlməz görünür, həm də ətrafda çirklilik yaranır”.
Mütəxəssis əlavə olaraq qeyd edib ki, problem daha çox reklam verən şirkətin işçiyə nəzarətində və reklamın paylanma mədəniyyətindədir:
“Azərbaycanda təkcə reklam verənlərin deyil, vətəndaşların da reklam materiallarını qəbul etmək və almaq məsələsində müəyyən problemlər mövcuddur. Bir çox hallarda vətəndaşlar reklam kağızlarını dərhal atır, ətrafa səpələyir və ya onlara qarşı aqressiv yanaşırlar. Bu sahədə həm şirkətlər, həm də ictimaiyyət maarifləndirilməli və qaydalara əməl olunmalıdır”.


Fidan

Избранный
24
8
avtosfer.az

10Источники