ain.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən əvvəl Zelenski və Avropa liderləri ilə danışacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniya hökuməti “Bloomberg”ə istinadən məlumat yayıb.
Məlumata görə, Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri avqustun 13-də Putinlə Alyaskada görüşdən iki gün əvvəl Ağ Ev rəhbəri Donald Trampla telefon danışığı aparacaqlar.
Söhbətə ABŞ-nin Vitse-prezidenti J.D.Vens də qatılacaq.
Almaniya kanslerinin sözçüsü Fridrix Merz Tramp, Zelenski və Avropa liderləri arasında söhbətin çərşənbə günü saat 15:00-a (Moskva vaxtı ilə 16:00) planlaşdırıldığını açıqlayıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.