RU

Avropada ən yüksək və ən aşağı əmək haqqı olan ölkələr açıqlandı

2025-ci ilin iyul ayına olan məlumata görə, Avropa İttifaqının (Aİ) ölkələrində aylıq minimum əməkhaqqı (vergilər çıxılmadan) Bolqarıstanda 551 avrodan Lüksemburqda 2704 avroya qədər dəyişir.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatında deyilir.

Aİ-yə namizəd ölkələri nəzərə alsaq, ən aşağı minimum əmək haqqı Ukraynadadır - 164 avro.
 

Aİ-nin beş ölkəsində - Avstriya, Danimarka, İtaliya, Finlandiya və İsveçdə minimum əməkhaqqı ümumiyyətlə müəyyən edilməyib.


Fransa istisna olmaqla (1802 avro), yüksək qrupa daxil olan bütün digər ölkələr minimum əməkhaqqını 2000 avrodan yuxarı səviyyədə müəyyən ediblər.

Lüksemburqdan əlavə, bura İrlandiya (2282 avro), Niderland (2246 avro), Almaniya (2161 avro) və Belçika (2112 avro) daxildir. (Teleqraf.az)

Bizim.Media

Избранный
29
bizim.media

1Источники