Ajans.azHaber Global-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin təsis olnumasının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirə videomüraciətində deyib. O bildirib ki, BMT-nin öz öhdəliklərini yerinə yetirməyə davam etməsi üçün ciddi islahatlar labüddür: "Beynəlxalq sülhün, rifahın, qarşılıqlı etimadın və həmrəyliyin yenidən bərqərar olması üçün BMT-nin güclənməsinin vacibdir. BMT-nin beynəlxalq ədaləti təmsil edəcək quruma çevrilməsini təmin etmək hər kəsin borcudur". Üzv dövlətləri BMT-ni bir daha insanlığın ümidinə çevirmək üçün təcili addımlar atmağa dəvət edən prezident Ərdoğan, "Birləşmiş Millətlər Təşkilatının 80-ci ildönümünün bütün bəşəriyyət üçün xeyirli olmasını ümid edərək, sizi ən səmimi hisslərim və hörmətimlə salamlayıram" sözləri ilə yekunlaşdırıb. Ərdoğan əlavə edib ki, Türkiyə BMT-nin effektivliyinin artırılmasında fəal rol oynayacaq.