RU

Prezident İlham Əliyev Ağ Evdə - II məqalə

Haşiyə: 1776-cı il iyulun 4-də bütün müstəmləkələrin II konqresi “İstiqlaliyyət bəyannaməsi”ni qəbul etdi. “İstiqlaliyyət bəyannaməsi” keçmiş müstəmləkələrin İngiltərədən ayrılması və tam müstəqilliyi haqqında bəyanat idi. Beləliklə, Amerika Birləşmiş Ştatları yarandı.

Azərbaycanla ABŞ arasında ilk münasibətlərin əsası Cümhuriyyət dövründə qoyulmuşdu. Müstəqilliyini elan edən Cümhuriyyətin ən böyük arzusu Qərb dövlətləri tərəfindən tanınması idi. Bu arzunu reallaşdırmaqüçün Cümhuriyyət nəyin bahasına olursa-olsun Paris Sülh konfransında iştirak etməyi qərara aldı. Paris Sülh konfransına gedəcək nümayəndə heyətinə Əlimərdan bəy Topçubaşov rəhbər təyin olundu.

1919-cu il mayın 28-də ABŞ Prezidenti Vudro Vilson Əlimərdan bəy Topçubaşov başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul etdi. Əlimərdan bəy yazırdı:” Prezident Vilson bizi könülsüz qəbul etdi. Məndən Kartli,Kaxetiya, İmeretiya və Hayastanı tanıdığını, ancaq Azərbaycan adına rast gəlmədiyini dedi. Verdiyi tövsiyələr müstəqilliyimizə zidd idi. Verdiyimiz memoranduma diqqət etmədi.”

Bəli, Vudro Vilson Baydendən də daha çox ermənipərəst idi. Hətta çıxışların birində bəyan edirdi ki, kaş ABŞ-da Prezidentliyim başa çatandan sonra Ermənistanı dövlət başçısı kimi idarə edəydim.
Doğrudur, V. Vilson müstəqilliyimizə qarşı olsa da, 1920-ci il yanvarın 11-də Paris Sülh Konfransının Ali Şurası Azərbaycanı de-fakto tanıdı. Bu tanıma 1918-1920-ci illərin ən böyük hadisəsi oldu. Azərbaycan beynəlxalq münasibətlərin subyektinə çevrildi. 1920-ci ilin bolşevik işğalı hər şeyə son qoydu.

Azərbaycan 1991-ci ilin oktyabrında1920-ci ilin aprelində itirdiyi müstəqilliyini bərpa etdi. Bədnam qonşumuzun torpaqlarımıza olan iddialarını ABŞ-da müdafiə etdi. Hətta 1992-ci ilin oktyabrında ABŞ Konqresi erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul etdi. Yəni ABŞ-ın birbaşa Azərbaycana dövlət yardımına qadağa qoyuldu. Konqres səbəb kimi Azərbaycanın Ermənistanı blokadada saxlamağını göstərirdi. Prezident İlham Əliyevin sözləri ilə desək Azərbaycan təcavüzkar dövlət kimi təqdim olunurdu.

ABŞ Qarabağ məsələsində daha bir ədalətsizliyə imza atdı. Qarabağ problemini ədalətli şəkildə həll etmək üçün ATƏT-in Minsk qrupunu yaratdılar. Hər üç həmsədr problemi ədalətli şəkildə həll etmək əvəzinə erməni tərəfinin həmsədrləri kimi davranır, ermənilərə havadarlıq etmələrini gizlətmirdilər.

2001-ci ildə ABŞ Əfqanıstana müdaxilə etdi. O zaman ABŞ Azərbaycanın hava məkanından istifadə etdiyi üçün 907-ci düzəlişi dayandırdı. Bu proses 2023-cü ilə kimi davam etdi. ABŞ 2023-cü ildə heç bir səbəb göstərmədən Əfqanıstandan çıxdı və 907-ci düzəlişə qoyulan qadağanı götürdü. Əslində bu Bayden administrasiyanın nankorluğunu və Azərbaycana olan ədalətsiz münasibətinigöstərdi.

Donald Trampın ilk Prezidentliyi dövründə Azərbaycana münasibət dəyişilməyə başladı. Azərbaycan tərəfi 44 günlük Vətən Müharibəsini uğurla başa çatdırdı. Nə ATƏT-in Minsk qrupu, nə də nə də ayrı-ayrı dövlətlərin parlamentlərinin qəbul etdikləri qərarlar Azərbaycanı haqq yolundan döndərə bilmədi.

1993-cü ildə BMT Təhlükəsizlik Şurasının erməni təcavüzünü pisləyən dörd qətnaməsini Azərbaycan öz gücü ilə yerinə yetirməli oldu. Bu ölüm-dirim müharibəsində üç mindən artıq şəhid verdik, illərlə arzusunda olduğumuz Vətən torpaqlarını azad etdik.

Избранный
47
3
aznews.az

10Источники