RU

"Avstraliya və Yeni Zelandiya sentyabrda Fələstin dövlətini tanıyacaq" - Dünya KİV-ləri

"Yaxın Şərqdə sülhə dair yeni addımlar..."

Sentyabrda keçiriləcək BMT Baş Assambleyasında iki okean ölkəsinin - Avstraliya və Yeni Zelandiyanın Fələstin dövlətini tanımaq məsələsi gündəmə çıxır.

Moderator.az xəbər verir ki, bu barədə "rtvi.com" nəşri  məlumat yayıb.

Avstraliya artıq qərarını açıqlayıb, Yeni Zelandiya isə mövqeyini "çox yaxında" açıqlayacağını bildirir. Bu addımlar Qərb dünyasında, xüsusən İsraildə ciddi rezonans doğurub.

Avstraliyanın mövqeyi: Şərtlərlə tanıma

Avstraliya baş naziri Entoni Albanese bildirib ki, "iki dövlət" həlli Yaxın Şərqdə zorakılıq dövrəsini qırmaq və Qəzzadakı humanitar böhranı azaltmaq üçün bəşəriyyətin ən real ümididir. O, vurğulayıb ki, tanıma qərarı Fələstin Administrasiyasının verdiyi öhdəliklərə əsaslanır.

Bunlar Fələstinin demilitarizasiyası, İsrailin sülh və təhlükəsizliklə yaşamaq hüququnun tanınması, demokratik seçkilərin keçirilməsi, dövlət idarəçiliyində islahatlar, HƏMAS-ın gələcək "Fələstin dövlətində" fəaliyyətinə son qoyulmasından ibarətdir. Xarici işlər naziri Penni Vonq əlavə edib ki, bu proses yalnız rəmzi olmayacaq - Avstraliya diplomatik münasibətləri Fələstinin öhdəlikləri yerinə yetirməsinə görə formalaşdıracaq.

"Xəyanət və məyusluq"

Avstraliya Yəhudilər İcraiyyə Şurasının prezidenti Daniel Agion bu addımı "uzunmüddətli müttəfiqə xəyanət" adlandırıb. Onun sözlərinə görə, qərar HƏMAS-ı mükafatlandırmaq riskini daşıyır və İsrail özünü "tərk edilmiş" hiss edəcək. Baş nazir Benyamin Netanyahu isə beynəlxalq ictimaiyyətin artan tanıma dalğasını kəskin tənqid edib və Avstraliyanı Qəzza hücumlarını yanlış qiymətləndirməkdə günahlandırıb.

"Məsələ zaman məsələsidir"

Yeni Zelandiya xarici işlər naziri Uinston Piters deyib ki, hökumət məsələni milli maraqlar və beynəlxalq hüquq prizmasında qiymətləndirir. Onun sözlərinə görə, ölkə artıq bir müddətdir ki, "Fələstin dövlətini" tanımağı qaçılmaz sayır, sadəcə uyğun vaxtı gözləyir. O da vurğulayıb ki, bəzi tərəfdaşlar artıq tanıma qərarı versə də, Yeni Zelandiya müstəqil xarici siyasət yürüdür.

Qlobal diplomatiyada yeni mərhələ

Məsələ təkcə Yaxın Şərq deyil, həm də beynəlxalq güc balansı üçün əhəmiyyətlidir. Avstraliyanın açıq şərtlərlə tanıması, Qərbdə Fələstin məsələsinə yanaşmanın daha strukturlaşdırılmış və şərtli mərhələyə keçdiyini göstərir. Yeni Zelandiya isə ehtiyatlı, amma qaçılmaz addımın astanasındadır. Sentyabrda BMT-dəki səsvermə, ehtimal ki, Fələstin məsələsində beynəlxalq diplomatiyanın yeni dalğasına start verəcək.

Избранный
50
38
moderator.az

10Источники