RU

“Renault” 150 mindən çox avtomobili geri çağırır

Bakı. Trend:

Fransanın məşhur avtomobil istehsalçısı “Renault” iki böyüktexniki qüsur səbəbilə yüz minlərlə avtomobili geri çağırmağa qərarverib.

Trend xəbərverir ki, geri çağırmanın səbəbi yanacaq xətti və mühərrik sızmasıilə bağlıdır.

İlk olaraq, Cənubi Koreyada istehsal edilən ikinci nəsil“Renault Koleos” modelləri geri çağırılıb. “Renault” rəsmi olaraq 2901 modeli geri çağırdığını təsdiqləyib. Mütəxəssislərin məlumatınagörə, bu modellərdə yanacaq ötürücü boruda potensial qüsur aşkaredilib. Bu problem yanacaq xəttinin qismən ayrılmasına səbəb olabilər ki, bu da nasazlıq, dayanma və ya yanğın təhlükəsinə gətiribçıxara bilər.

İkinci və daha geniş geri çağırma kampaniyası 155 min 825“Renault” avtomobilini əhatə edəcək. Bu 2019-cu il aprelin 5-dən2022-ci il sentyabrın 26-dək istehsal edilmiş bütün 1.6 hibrid vəplug-in hibrid modellərinə şamil ediləcək.

Ümumilikdə, 155 min 825 ədəd “Renault”un “Clio 5”, “Captur 2”,“Arkana” və “Megane 4”, eləcə də 79 ədəd “Dacia Jogger” modelielektrik mühərrikində sızma probleminə görə yoxlamadankeçməlidir.

Bildirilir ki, bu texniki müdaxilə və ehtiyat hissələrinindəyişdirilməsi tamamilə istehsalçının hesabına olacaq.

Избранный
62
24
az.trend.az

10Источники