RU

Ermənistan və İran XİN başçıları Vaşinqtondakı danışıqların nəticələrini müzakirə edib

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığı aparıb...

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, söhbət zamanı Mirzoyan AzərbaycanABŞ liderləri ilə avqustun 8-də Vaşinqtonda keçirilən görüşlərin nəticələrinə, o cümlədən regional nəqliyyat kommunikasiyalarının blokdan çıxması və inkişafı üzrə əldə olunmuş razılaşmalara, həmçinin gələcək birgə addımlara toxunub.

O vurğulayıb ki, Bakı və İrəvanın Birgə Bəyannaməsi infrastrukturların istismarının, o cümlədən Ermənistanda ABŞ-nin iştirakı ilə tikiləcək infrastrukturun istismarının dövlətlərin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası nəzərə alınmaqla həyata keçiriləcəyini təsdiq edir.

Tərəflər həmçinin Ermənistanİran arasında qarşıdan gələn yüksək səviyyəli məsləhətləşmələrə və təmaslara hazırlıqla bağlı fikir mübadiləsi aparıblar.

Poliqon.info 

Избранный
61
46
poliqon.info

10Источники