RU

İsrail HƏMAS və "İran oxuna" qarşı kampaniyasını başa çatdırmağa yaxındır - Netanyahu

İsrail Qəzza zolağında radikal Fələstinin HƏMAS hərəkatı və bölgədəki İran oxunun digər üzvlərinə qarşı hərbi kampaniyasını başa çatdırmaq üzrədir.

Ucnoqta.az xəbər verir ki, bu fikirləri baş nazir Benyamin Netanyahu Qüdsdə Knesset Muzeyinin (İsrail parlamenti) açılış mərasimində çıxışı zamanı deyib.

“Məhz bizi məhv etməyə gələnlər üzərində böyük qələbələr əldə etdiyimiz, kampaniyanı başa çatdırmaq ərəfəsində olduğumuz, İran oxunun qalıqlarını məhv etməyə, bütün girovlarımızı – diri və ölülərimizi azad etməyə çalışdığımız bu günlərdə biz burada, əbədi paytaxtımız Qüdsün qəlbində, varlığımız və müstəqilliyimiz faktını qeyd edirik.
Bu, İsrail Dövləti və Knesset üçün bayramdır”, - Baş nazirliyin ofisi Netanyahunun mütaciətini yayıb.

“İran oxu” dedikdə İsrail hakimiyyəti HƏMAS-dan başqa Livandakı "Hizbullah" təşkilatını, Yəməndəki Husi üsyançı Ənsar Allah hərəkatını və Suriya və İraqda fəaliyyət göstərən bir sıra İranyönlü qrupları nəzərdə tutur.

Избранный
97
50
ucnoqta.az

10Источники