RU

ABŞ-da poladəritmə zavodunda partlayış olub - VİDEO

ABŞ-ın Pensilvaniya ştatının Klerton şəhərindəki “U.S. Steel” poladəritmə zavodunda baş verən partlayış nəticəsində ilkin məlumata görə bir neçə nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “CBS News” kanalı məlumat yayıb.

Bildirilir ki, xilasetmə xidmətlərinə insidentlə bağlı ilk məlumat yerli vaxtla saat 11:00 radələrində daxil olub.

Pensilvaniya qubernatoru Coş Şapiro administrasiyasının şəhər rəhbərliyi ilə əlaqə saxladığını, vəziyyətin nəzarət altında olduğunu deyib.

Избранный
114
50
apa.az

10Источники