Bizim.Media xəbər verir ki, “Mercedes” markalı avtomobilin sürücüsü Biləsuvar sakini Ağalı Cəfər Naib oğlu olub.
Avtomobildə sərnişin qismində 1961-ci il təvəllüdlü Qurbanov Gülağa Rəhim oğlu və 1975-ci il təvəllüdlü Orucova Şəhla Hüseynağa qızı olub. Hər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
Digər nəqliyyat vasitəsi – “VAZ 21015” markalı avtomobilin sürücüsü Cəbrayıl rayon sakini, 1993-cü il təvəllüdlü Elşən Niftəliyev və onun 2 aylıq körpəsi Ahu Niftəliyeva hadisə yerində dünyasını dəyişiblər.
Sürücünün həyat yoldaşı, 1996-cı il təvəllüdlü Günay Niftəliyeva isə xəsarət alaraq sözügedən xəstəxanaya çatdırılıb.
Ümumilikdə hadisə nəticəsində 3 nəfər – 2 qadın və 1 kişi Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.Onlara bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları qoyulub.
Baş Dövlət Yol Polisi İdarəsinin açıqlamasına görə, qəza saat 18:15 radələrində köhnə Ələt–Astara avtomobil yolunun 90.5-ci kilometrliyində baş verib. “99BB480” dövlət qeydiyyat nişanlı “Mercedes” və “99SS957” dövlət qeydiyyat nişanlı “VAZ 21015” markalı avtomobillər toqquşub.
10Источники
-
demokrat.azBiləsuvardakı qəzada ölənlərin və xəsarət alanların kimliyi bilindi — ADLAR ( 20246907)
-
bizim.mediaBiləsuvardakı qəzada ölənlərin və xəsarət alanların kimliyi bilindi - ADLAR ( 20246850)
-
newscenter.azTürkiyədə avtobus qəzası, yaralılar var ( 20244102)
-
olke.azAvtomobil təmir sexinə çırpıldı - xəsarət alanlar var ( 20188515)
-
moderator.azMaşın ana və 2 yaşlı oğlunu vuraraq öldürdü ( 20037360)
-
bizim.mediaBakı-Şamaxı-Yevlax yolunda ağır QƏZA: Ana və 2 yaşlı uşağı avtomobil vurub öldürdü ( 20036310)
-
konkret.azAvtomobil ana və 2 yaşlı oğlunu vuraraq öldürüb ( 20036151)
-
apa.azƏlətdə yol qəzasında 2 nəfər xəsarət alıb - YENİLƏNİB-1 ( 19915825)
-
modern.azGoranboyda iki "VAZ" toqquşdu - Xəsarət alanlar var ( 19823702)
-
demokrat.azLənkəranda təcili tibbi yardım avtomobili qəzaya uğrayıb, 2nəfər xəsarət alıb ( 19803062)