RU

Daha iki region xəstəxanasında elektron növbə sistemi istifadəyə verilib

Bakı. Trend:

Göyçay və Xaçmaz rayon mərkəzi xəstəxanalarında elektron növbəsistemi istifadəyə verilib.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumatyayıb.

Bildirilib ki, mərhələli şəkildə icra olunan proses artıq Göyçay vəXaçmaz rayon mərkəzi xəstəxanalarında da tam yekunlaşıb.

"Bundan sonra hər iki tibb müəssisəsində vətəndaşlar tibbixidmətlərdən əvvəlkindən daha rahat şəkildə istifadə edəcəklər.
Tibb müəssisələrində quraşdırılan yeni sistem sayəsində qəbulzamanı yaranan sıxlıq müəyyən qədər aradan qaldırılacaq, insanlarvaxt itkisi olmadan növbəyə yazılacaq və rahatlıqla tibbixidmətlərdən yararlanacaqlar. Burada elektron növbə monitorlarınınquraşdırılması canlı növbənin idarə edilməsinə dəstək verəcək,növbə prosesinin ardıcıllığına nəzarəti təmin edəcək.
Qeyd edək ki, regionlarda yerləşən TƏBİB tabeli tibb müəssisələrinəyalnız şəhər mərkəzlərindən deyil, həm də ətraf kənd vəqəsəbələrdən vətəndaşlar müraciət edir. Bu baxımdan, tibbixidmətlərin elektron növbə sistemi prinsipi əsasında təşkiliəhalinin bərabər və fasiləsiz şəkildə tibbi yardımdanfaydalanmasına, ümumilikdə isə xidmətlərin hər kəs üçün dahaəlçatan olmasına şərait yaradır.
Məlumat üçün bildirək ki, ölkə üzrə artıq 30-a yaxın tibbmüəssisəsində elektron növbə monitorları quraşdırılıb, elektronnövbə sistemi tam işlək vəziyyətə gətirilib",- deyə məlumata əlavəedilib.

Qeyd edək ki, TƏBİB tabeliyindəki tibb müəssisələrindənövbələrin tənzimlənməsi, elektron növbə sisteminin işlək vəziyyətəgətirilməsi istiqamətindən həyata keçirilən tədbirlər davametdirilir.

Избранный
15
7
az.trend.az

8Источники