Dənizkənarı Bulvar İdarəsi nəqliyyat vasitələrinin təmiri xidmətlərinə və ehtiyat hissələrinin alınmasına bu qədər vəsait xərcləyəcək
“Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi minik nəqliyyat vasitələrinin təmiri xidmətlərinə və ehtiyat hissələrinin alınmasına 110 924 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, buraya 750-dən çox xidmət daxildir.
Xidməti “Şərqmotors” MMC həyata keçirəcək.
Tərəflər arasında müqavilə bağlanıb.
Cabir
Tarix: 12 Avqust 2025, 10:26