RU

Kropivnitskidə qanlı nahar: Ukrayna uğrunda döyüşən muzdlular öldürüldü

BAKI, 12 avqust. TELEQRAF

İyulun 21-də Ukrayna Silahlı Qüvvələrinin sıralarında olan təxminən 12 əcnəbi könüllü Rusiya raketinin nahar vaxtı təlim düşərgəsinin yeməkxanasına düşməsi nəticəsində həlak olub. Bu, müharibədə əcnəbi döyüşçülərə qarşı ən qanlı hücumlardan biridir.

Teleqraf xəbər verir ki, bu barədə “New York Times” (NYT) hadisədən xəbərdar olan hərbi mənbələrə istinadla məlumat yayıb.

Vurulanlar arasında ABŞ, Kolumbiya, Tayvan, Danimarka və digər ölkələrdən olan əsgərlərin olduğu bildirilib.

Kropivnitski şəhəri yaxınlığındakı təlim düşərgəsinə raket hücumu hərbçilərin nahar yeməyinə oturduğu vaxt baş verib.

Hücuma məruz qalan bölmə olan Ukrayna Hərbi Kəşfiyyatının “Beynəlxalq Legion”unun nümayəndəsi deyib ki, məsələ ilə bağlı istintaq davam edir.

NYT qeyd edib ki, son vaxtlar Ukrayna ordusuna Cənubi Amerikadan xeyli sayda yeni işçi qəbul olunub.

Nəşr vurğulayıb ki, əcnəbi muzdlular Ukrayna hərbçiləri ilə eyni maaş alırlar: ayda 1000-1750 dollar, üstəlik, aylıq 3000 dolları keçə bilən bonus.

Избранный
43
34
teleqraf.com

10Источники