RU

Norveçin Suveren Sərvət Fondu İsraillə bağlı qərar qəbul edir

Norveç Suveren Sərvət Fondu Qəzzada baş verən humanitar böhranla əlaqədar İsrailə investisiyalarını azaltmaq qərarına gəlib və 11 İsrail şirkətindəki paylarından əl çəkib.

Norveç Suveren Sərvət Fondu 11 İsrail şirkətindəki səhmlərindən imtina edib. Qəzzadakı "ciddi humanitar böhran" səbəbiylə bu qərarı verdiklərini izah edən fond rəhbərliyi, İsrailə sərmayələrini azaltdıqlarını açıqlayıb.

İyunun sonuna olan məlumata görə, fond 61 İsrail şirkətinin səhmlərinə sahib olub. Fondun rəhbərliyi çıxdığı 11 şirkətin adını açıqlamayıb.

Ötən həftə Norveçin “Aftenposten” qəzeti yazıb ki, fond İsrail döyüş təyyarələrində istifadə olunan mühərrik hissələrini istehsal edən “Bet Shemesh Engines” şirkətinə sərmayə qoyub.

DW Turkish-nin məlumatına görə, İsraildə investisiyaları idarə edən bütün xarici investorların əməkdaşlığı dayandıracağı, qalan səhmlərin isə vasitəçi olmadan birbaşa fond tərəfindən idarə ediləcəyi də açıqlanıb. Bu, İsraildəki fəaliyyətlərin monitorinqini asanlaşdırmaq üçün bildirilib. Fondun prezidenti Nikolay Tangen bildirib ki, bu qərarlar “fövqəladə vəziyyətlər fonunda” qəbul edilib.

Norveç Maliyyə Nazirliyi də fondun rəhbərliyindən “İsrail şirkətlərinə investisiyalarını nəzərdən keçirməyi” xahiş edib. Bu çərçivədə avqustun 20-dək hökumətə hesabat təqdim ediləcəyi gözlənilir.

Избранный
14
kommersant.az

1Источники