RU

Mohaceranidən etiraf: İran mediası Zəngəzuru səhv təqdim edir

Zəngəzur dəhlizi İran mediası və sosial şəbəkələrdə çox qəribə şəkildə təqdim olunur və İranın şimal sərhədlərini itirməsi kimi qiymətləndirilir.

Yemnisabah.az mehr-ə istinadla xəbər verir ki, bunu İran hökumətinin sözçüsü Fatime Mohacerani deyib.

Onun sözlərinə görə, marşrutun keçəcəyi ərazi İranın şimal sərhəddində çox kiçik bir hissədir. pizza mizza

Mohacerani qeyd edib ki, İran davamlı şəkildə bölgədə sabitliyin bərpa olunması, ölkələrin ərazi bütövlüyü və suverenliyin qorunmasını diqqət mərkəzində saxlayır.

Mohacerani qeyd edib: "Əlbəttə, İran heç vaxt qonşu ölkələrə əcnəbi qüvvələrin gəlməsinə sevinmir. Məsələlər diqqətli şəkildə izlənilməkdədir. Regionun özünün öz sabitliyini yaratması daha yaxşı seçim hesab olunur.


Telegram kanalımız
Избранный
117
8
yenisabah.az

10Источники