RU

“Qarabağ”-“Şkendiya” matçından öncə fan zona təşkil olunacaq

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ – Şkendiya” ( Şimali Makedoniya) matçı keçiriləcək.

Axar.az xəbər verir ki, qarşılaşmadan öncə azarkeşlər üçün “Azərsun Holdinq” tərəfindən xüsusi fan zona yaradılacaq.

Saat 18:00-20:00 aralığında fan zonada azarkeşlər üçün əyləncəli proqram nəzərdə tutulub.

Proqram çərçivəsində müxtəlif oyunlar, Dj performansı və digər əyləncələr azarkeşlərin ixtiyarında olacaq.

Bundan əlavə , illərdir hər kəsin sevimlisi olan “Final” çay tərəfindən də xüsusi fotozonanın yaradılacaq və qonaqlara çay ikram ediləcək.

Qeyd edək ki, “Qarabağ” futbol klubu 2001-ci ildə “Azərsun Holdinq” tərəfindən himayəyə götürülüb və adıçəkilən şirkətlər qrupunun dəstəyilə komanda böyük uğurlar qazanıb.

Избранный
28
18
axar.az

10Источники