RU

Prezidentin təltif etdiyi Hicran Hüseynova kimdir? DOSYE

Olke.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Prezident İlham Əliyev Hicran Hüseynovanı 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Ölkə.az H.Hüseynovanın dosyesini təqdim edir:

Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb.

1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doctor dərəsi alıb.

2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib.

Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçilib.

2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədridir. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edilib.

2024-cü il oktyabrın 8-də Azərbaycan — Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

12 avqust 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Hicran Kamran qızı Hüseynova “Şöhrət” ordeni ilə təltif edilib.

Hicran Hüseynova ailəlidir, 2 övladı var. Onun atası - Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olan Kamran Hüseynovdur.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
62
1
olke.az

2Источники