RU

Məşhur müğənni Roma Papasına səsləndi: “Artıq dözə bilmirəm” KONKRET

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Amerikalı məşhur müğənni Madonna Qəzza ilə bağlı Roma Papası XIV Leo-ya çağırış edib.

KONKRET.az xəbər verir ki, sənətçi katoliklərin ruhani liderinə müraciətində onu bölgəyə səfər etməyə dəvət edib.

“Çox gec olmadan Qəzzəyə gedin və işığınızı uşaqlara çatdırın. Bir ana olaraq onların əziyyət çəkməsinə dözə bilmirəm. Dünya uşaqları hamımızındır”, – deyə Madonna bildirib.

O, siyasətin dəyişiklik yarada bilməyəcəyini, bunun yalnız məlumatlılıqla mümkün olduğunu vurğulayıb və Papanın Qəzzaya girişinin qarşısının alına bilməyəcəyini qeyd edib.

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
44
1
konkret.az

2Источники