RU

Azərbaycan iyulda OPEC+ kvotasından gündəlik 89 min barel geri qalıb

525.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu ilin iyul ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 462 min barel təşkil edib.

525.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı iyun ayı ilə müqayisədə 1 min barel azdır.

Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın bu il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, apreldə faktiki hasilat 89 min barel geriləyib.

Qeyd edək ki, bu ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 467 min barel, ikinci rübündə isə 462 min barel təşkil edib.

2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 482 min barel olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
39
2
525.az

10Источники