RU

Azərbaycan və Ermənistan XİN rəhbərləri telefonla danışıb –Birgə Bəyannamənin icrası müzakirə edilib

Avqustun 12-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı aparılıb.

Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, nazirlər telefon danışığında Vaşinqton Zirvə görüşü zamanı imzalanmış Birgə Bəyannamənin icrasını, eləcə də etimad quruculuğu tədbirlərini müzakirə ediblər.

Nazirlər həmçinin regional məsələlər ətrafında fikir mübadiləsi aparıb və birbaşa dialoqun davam etdirilməsinə hazır olduqlarını bir daha təsdiq ediblər.

AzPost.az

Избранный
12
49
azpost.info

10Источники