RU

“Qəbələ”nin futbolçusu Nigeriya millisinə dəvət olundu

“Qəbələ”nin yeni transferi Salihu Nasiru Nigeriyanın U-20 milli komandasına dəvət alıb. Msport.az xəbər verir ki, gənc futbolçu avqustun 18-də başlayacaq təlim-məşq toplanışına qoşulacaq.

Nigeriya sentyabrın 27-də Çilidə start götürəcək 20 yaşlılar arasında dünya çempionatının final mərhələsində mübarizə aparacaq.

Qeyd edək ki, 18 yaşlı Nasiru daha öncə Nigeriyanın U-20 millisinin heyətində 4 oyun keçirib.

Избранный
43
14
msport.az

10Источники