RU

Tramp Putinlə görüş öncəsi sabah Zelenski ilə onlayn danışacaq

Vaşinqton, 13 avqust , AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp və vitse-prezident CeyDi Vens sabah Ukrayna Prezidenti Volodimir Zelenski və avropalı müttəfiqləri ilə onlayn görüşdə iştirak edəcək. AZƏRTAC-ın “ABC News”a istinadən verdiyi məlumata görə, bunu iki ABŞ rəsmisi təsdiqləyib.

Danışıq zamanı avqustun 15-də Alyaskada keçiriləcək ABŞ və Rusiya prezidentlərinin görüşünün müzakirə olunacağı bildirilir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

 

Избранный
25
7
azertag.az

8Источники