“Sabah”ın Konfrans Liqasının 3-cü təsnifat mərhələsində rəqibi olan “Levski” futbolçusu Stivn Stoyançovla yeni müqavilə imzalayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə Bolqarıstan klubunun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı müdafiəçinin sözləşməsinin müddəti 3 illikdir.
“Levski” “Sabah”la cavab oyununu avqustun 14-də Bakıda keçirəcək. Bolqarıstanda keçirilən ilk qarşılaşmada meydan sahibləri qələbə qazanıb – 1:0.