“Cahan Şirkətlər Qrupunun 30 illiyi” proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladı valideyni ilə birlikdə Şuşa şəhərinə ikigünlük səfərə yola düşüblər.
Əvvəlcə Ali Məclisin deputatları, hökumət nümayəndələri, “Cahan Şirkətlər Qrupu” MMC-nin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin əməkdaşları şəhid övladları ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Onlar əvvəlcə Bakı şəhərinə səfər edəcəklər. Burada onlara Qarabağın tarixi haqqında kitablar hədiyyə olunacaq.
Səfər zamanı “Xarıbülbül” hotelində istirahəti təşkil olunacaq qəhrəman şəhid övladları Şuşa, Xankəndi və Ağdama səyahət edəcək, tarixi, gəzməli və görməli yerlərlə tanış olacaqlar.
Mətləb