IFFHS klubların dünya reytinqində Asiya təmsilçiləri arasında lider Səudiyyə Ərəbistanının "Əl-Hilal" futbol komandasıdır.
İdman.biz xəbər verir ki, qitənin ən güclüsü 231,75 xalla dünyada da 41-cidir.
Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" 141 xalla Asiyada 5-ci, dünyada isə 130-cu mövqedə qərarlaşıb.
Azərbaycan millisində oynamış Eddi İsrafilovun çıxış etdiyi "Cohor Darul Ta'zim" (Malayziya) 94 xalla qitədə 16-cı, dünya reytinqində isə 231-cidir.
İran çempionu və ölkə superkubokunun qalibi "Traktor"un 86,75 xalı var və Təbriz təmsilçisi Asiyada 19-cu, dünyada 261-ci yerdədir.
İdman.biz