RU

Çin ABŞ gəmisini Cənubi Çin dənizinin mübahisəli sularından çıxardı - ÖZƏL

Çin Hərbi Dəniz Qüvvələri ABŞ-a məxsus "USS Higgins" məhvedicisini Cənubi Çin dənizindəki mübahisəli Huangyan atolundan (Skarboro dayazlığı) uzaqlaşdırıb. Olaylar.az xəbər verir ki, bu barədə Çin dövlət nəşri Global Times məlumat yayıb.
Çin ordusu ABŞ gəmisinin hərəkətlərini "Çinin suverenliyi və təhlükəsizliyinə ciddi təcavüz, bölgədə sülh və sabitliyi pozan addım" kimi qiymətləndirib.
Huangyan atolu Cənubi Çin dənizində yerləşir və həm Çin, həm də Filippin bu ərazi üzərində iddia irəli sürür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
62
olaylar.az

1Источники