RU

Qusarda baş verən ana ölümü ilə bağlı TƏBİB-dən açıqlama YENİLƏNİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Qusarda baş verən ana ölümü ilə bağlı açıqlama verib.

TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, avqustun 11-də 38-39 həftəlik hamilə qadın Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə müraciət edib. 1994-cü il təvəllüdlü şəxsə zəruri laborator və instrumental xidmətlər göstərilib, qeysəriyyə kəsiyi əməliyyatına zərurət yarandığı bildirilib.

Əməliyyatdan sonra pasiyentdə ağciyər arteriyasının tromboemboliyası, ağciyər, qaraciyər, böyrək və ürək çatışmazlığı, eyni zamanda, tromboz (qan laxtalanması) müşahidə olunduğundan müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

Avqustun 12-i saat 08:30 radələrində vəziyyəti pisləşən pasiyentdə ürək döyüntüləri müşahidə olunmayıb. Dərhal zəruri tibbi xidmətlər göstərilib və pasiyentin ürək fəaliyyəti bərpa edilib. Daha sonra ixtisaslı həkim-mütəxəssis baxışı həyata keçirilib və sağlamlıq vəziyyəti yenidən qiymətləndirilib.

Pasiyentin vəziyyəti gecə saatlarında təkrar pisləşib və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 23:40 radələrində şəxsin ölüm faktı qeydə alınıb.

Meyit təşrih üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Qadının qeysəriyyə kəsiyi əməliyyatı ilə boyu 49 santimetr, çəkisi 3,1 kiloqram olan qız övladı dünyaya gəlib. Körpəyə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş hesab olunan körpənin müalicəsi Doğum şöbəsində davam etdirilir.

11:07

Qusarın Xuray kənd sakini Yasəmən Firuddin qızı Ospatova qeysəriyyə əməliyyatından sonra həyatını itirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 33 yaşlı hamilə qadın avqustun 11-də Qusar Rayon Mərkəzi Xəstəxanasında qeysəriyyə əməliyyatı olunub. Onun qız övladı dünyaya gəlib. Bir gün sonra isə Y. Ospatova komaya düşüb. Həkimlərin səyinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Bu, Y. Ospatovanın ikinci hamiləliyi olub. Dünyaya gələn qız uşağının vəziyyəti yaxşdır, körpə sağlamdır.

Faktla bağlı araşdırma aparılır.
Избранный
60
19
sherg.az

10Источники