RU

"Coca-Cola" məşhur içkisini rəflərdən təcili yığışdırır: Sağlamlıq problemləri yaradır

“Coca-Cola” bəzi partiyalarda yüksək miqdarda xlorat aşkarlandığı üçün məşhur qazlı alma şirəsi “Appletiser”i İngiltərədə təcili geri çağırıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, şirkət və supermarketlər müştərilərə məhsulu istehlak etməməyi və dərhal mağazalara qaytarmağı tövsiyə edib.

Geri çağırılma “328 GE” və “338 GE” istehsal kodlu, 30 noyabr 2024 və 31 dekabr 2024 son istifadə tarixi olan 6x250 ml multipaket məhsullara aiddir. Xlorat maddəsinin xüsusilə uşaqlarda yod çatışmazlığı kimi sağlamlıq problemlərinə səbəb ola biləcəyi xəbərdarlığı edilib.

Supermarketlər şəbəkəsi “Sainsbury’s” də müştərilərə məhsulu qaytardıqları halda pullarının tam ödənəcəyini bildirib.

Избранный
82
publika.az

1Источники