Yaponiyadan Azərbaycana gətirilən 600 meyvə aromalı qazlı su məhsullarında benzoy turşusunun kütlə qatılıq miqdarının normadan artıq olduğu aşkarlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bundan başqa, 120 südlü içki, 72 qazsız təbii su, 18 meyvə şirəsi və 480 alkoqolsuz içki məhsullarının da istifadə müddətinin bitdiyi müəyyənləşib.
Bununla bağlı müvafiq tədbirlər görülüb, istehlaka yararsız məhsullar məhv edilib.

