"Fənərbağça" axtardığı yarımmüdafiəçini İngiltərədə tapıb.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" "Aston Villa"nın futbolçusu Yuri Tilemansı transfer etmək istəyir.

Bu barədə "TRT Sport" məlumat yayıb.

Tilemans 2023-cü ildən "Aston Villa"da çıxış edir. O, ötən mövsüm 53 oyunda meydanda olub və 5 qol vurub.

Transfermarkt portalına görə belçikalı futbolçunun bazar dəyəri 38 milyon avrodur.