RU

Dövlət Proqramının qalibi: “ABŞ-də hüquq təhsili almağım ixtisasım üçün böyük töhfə olacaq”

BAKI, 13 avqust. TELEQRAF

2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı qalibiNigar Rəhimli Kaliforniya Universiteti, Berkeley- də birillik magistratura təhsili alacaq.

O Teleqraf-a danışarkən bildirib ki, təhsilini başa vurduqdan sonra ölkəyə qayıdaraq hüquq və təhsil sahəsində fəaliyyət göstərməyi planlaşdırır:

“Bir illik hüquq üzrə magistr proqramına qəbul olunmuşam. Bakı Dövlət Universitetinin “SABAH” qruplarının Hüquq fakültəsini 2024-cü ildə fərqlənmə ilə bitirmişəm. 2016-cı ildə universitetə 606 balla qəbul olunmuşdum. İxtisasım üzrə bilik və bacarıqlarımı daha da inkişaf etdirməyi hədəfləyirəm. Bu mənim üçün təcrübə , həm də əlaqələr baxımından çox əhəmiyyətlidir. Qayıtdıqdan sonra xüsusilətəhsil sahəsinə yönəlməyi düşünürəm. Hazırda dərslərin hansı tarixdə başlayacağı dəqiq deyil”.

O qeyd edib ki, ailəsində Dövlət Proqramının qalibləri təkcə özü deyil:

“Qardaşım da bakalavr pilləsi üzrə 2022-ci ildə Dövlət Proqramının qalibi olub. O, hazırda Texas ştatında “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alır”.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində 125 bakalavriat, 356 magistratura və 19 doktorantura səviyyəsində olmaqla, ümumilikdə 500 nəfər təhsil almaq hüququ qazanıb.

Избранный
66
teleqraf.com

1Источники