RU

Azərbaycana qarşı yarıməxfi 5 aprel 2024 sənədi tam açıqlana bilər...


Azər Həsrət: "Azərbaycanın Ermənistana daha ciddi şəkildə güvənə bilməsi üçün belə məsələlərlə bağlı hamıdan əvvəl İrəvan Bakıya məlumat verməlidir"

Azərbaycan 5 aprel 2024-cü il tarixdə Brüsseldə baş tutmuş Ermənistan-Avropa İttifaqı-ABŞ sammitindən narazı və narahat oldu.

Prezident İlham Əliyev görüş ərəfəsində bu sammitlə bağlı Azərbaycanın mövqeyini ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyenlə telefon söhbətində onlara çatdırıb.

2024-cü ilin aprel ayının 5-də Brüsseldə Entoni Blinken, Ursula von der Leyen və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilsə də, qəbul edilən sənəd cəmaiyyətə açıqlanmadı.

Rəsmi Bakı Brüssel konfransında Qərbin Ermənistana hərbi yardım verməsinin müzakirə etdiyini iddia edirdi. Moskva isə hesab edir ki, bu konfrans Qərbin Ermənistanı Rusiya ilə müttəfiqlikdən ayırmaq cəhdlərinin bir hissəsidir.

5 aprel 2024-cü ildə Brüsseldə Azərbaycan əleyhinə 4 tərəfli yarıməxfi hərbi-siyasi sənəd qəbul olunub. Bu sənədin bir sıra müddəaları artıq ifşa olunub. Trampın hakimiyyətə gəlişindən sonra Azərbaycanla ABŞ arasında münasibətlərin səmimiləşməsı üçün 5 aprel məxfi sənədi tam açıqlana bilərmi?

"Hazırda ABŞ-la Azərbaycan arasında yeni mərhələ başlayıb, o cümlədən də Ermənistanla münasibətlər yeni bir mərhələyə qədəm qoyub. Bu mərhələdə qarşılıqlı etimadı dərinləşdirmək üçün Ermənistan, eləcə də rəsmi İrəvanın arxasında olan digər güclər daha səmimi davranmalıdırlar. Yəni indiyə qədər olanlarla Ermənistan hansı platformalarda yer alıb, kimlərlə nə müzakirə edib, Azərbaycana qarşı hansı gizli razılaşmalar olub, bütün bunlar arxada qalmalı, qonşumuz və müttəfiqləri irəliyə baxmalıdır. Azərbaycanın Ermənistana daha ciddi şəkildə güvənə bilməsi üçün belə məsələlərlə bağlı hamıdan əvvəl İrəvan Bakıya məlumat verməlidir. Ola bilər ki, belə məxfi məlumatlar ictimailəşdirilməsin, amma Ermənistan hökuməti öz kanalları ilə Azərbaycan hökumətinə “məxfi” qrifi altında həmin məlumatları ötürsə, biz Ermənistana daha çox inanmağa başlaya bilərik. Yəni sülh yaratmada Ermənistan səmimidirsə, bu addımları atmalıdır".

Bunu baki-xeber.com-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

O əlavə edib ki, bizim Ermənistanı küncə sıxışdırmaq fikrimiz yoxdur, amma Ermənistan bizi inandırmalıdır ki, sülhyaratma prosesində səmimidir, eyni zamanda Ermənistanla bir müstəvidə olan dövlətlər və beynəlxalq qurumlar da bu addımları atmalıdır: "Çünki hamımız yaxşı bılirik ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasını istəməyən Rusiya və İran var, onlar hər an özlərindən nələrsə uydurub dövriyyəyə buraxa və aramızı vurmağa çalışa bilərlər. Belə olan halda Ermənistanın bizə ötürəcəyi həmin məxfi məlumatlar işimizə çox yarayacaq və birgə səylərlə Rusiyanın, eyni zamanda İranın pozuculuq fəaliyyətlərinin qarşısını ala biləcəyik. Düşünürəm ki, Azərbaycan tərəfi Ermənistanı indi yaranmış əlverişli şəraitdən istifadə edərək səmimi olmağa dəvət eləməlidi.

Yəni konkret olaraq 5 aprel 2024-cü il tarixdə Azərbaycana qarşı qəbul edilmiş sənədi bizə ABŞ deyil, Ermənistan açıqlamalıdır".

Akif NƏSİRLİ

Избранный
10
baki-xeber.com

1Источники