İraqda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var.
Hadisə bu gün Basra–Şalamçe yolunda, Ərbəin dini mərasiminə gedən zəvvarları daşıyan avtobusun iştirakı ilə baş verib.
Qəza nəticəsində 4 nəfər ölüb, 57 nəfər isə xəsarət alıb.
İlkin məlumata görə, avtobusun yolkənarı maneəyə çırpılması nəticəsində qəza baş verib.
APA
Tarix: 13 Avqust 2025, 20:07