RU

Roma Papası Putin Tramp sammitindən bu nəticəni gözləyir

GlobalInfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Roma Papası XIV Leo Ansa Rusiya PPrezidenti Vladimir Putinlə ABŞ lideri Donald Trampın Alyaskada keçiriləcək görüşündən sonra Ukraynada atəşkəsin mümkünlüyünə ümid etdiyini bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “Ansa” agentliyinə müsaibəsində danışıb.

“Mən həmişə atəşkəsə, zorakılığın dayandırılmasına və tərəflərin razılığa gəlməsinə ümid edirəm. Müharibə niyə bu qədər uzanır?” – deyə o, vurğulayıb.

Avqustun 13-də Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə videokonfrans zamanı Tramp Putinlə görüşünün əsas məqsədinin Ukraynada atəşkəsə nail olmaq olduğunu bəyan edib. Onun sözlərinə görə, əgər Moskva buna razılaşmasa, Rusiya ABŞ-ın nəticələri”ilə üzləşəcək.

Zelenski daha əvvəl də ümid etdiyini bildirmişdi ki, atəşkəs Rusiya və ABŞ Prezidentlərinin danışıqlarında əsas mövzulardan biri olacaq.

Xatırladaq ki, Avqustun 15-də Alyaskanın Ankoric şəhərində keçiriləcək Rusiya–ABŞ sammitində Putin və Tramp Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə edəcəklər.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
50
50
globalinfo.az

10Источники