İraqda iranlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 57 nəfər yaralanıb.
Operativ Media xəbər verir ki, qəza avtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində baş verib. Yaralılara yardım göstərmək üçün hadisə yerinə 10 tibbi briqada göndərilib.