Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları Rusiyanın Volqoqrad vilayətinə hücum həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Volqoqrad vilayətinin qubernatoru Andrey Boçarov məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində vilayətdə yerləşən neft emalı zavodunda neft məhsulları ətrafa dağılıb və yanıb.
Hücumun hədəfi olan “LUKOIL-Volqoqradneftepererabotka” müəssisəsi Cənub Federal Dairəsinin ən böyük yanacaq və sürtkü materialları istehsalçısıdır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта