RU

Bitkoinin qiyməti tarixi maksimumu yenilədi

Kriptovalyuta bazarının lideri olan "Bitcoin" qiymət artımını davam etdirərək 124 min dollar həddini keçib və yeni tarixi rekord müəyyənləşdirib...

Milli.Az xəbər verir ki, "Binance"ın məlumatına görə, qiymət artımı avqustun 14-də saat 04:40-da maksimuma çataraq 124 000 dollardan yuxarı olub. Daha sonra isə azalma müşahidə edilib və saat 06:10-da 123 560 dollar səviyyəsinə enib.

Qeyd edək ki, "Bitcoin"in əvvəlki tarixi rekordu 2025-ci il iyulun 14-də qeydə alınmış, məzənnə 121 014 dollara yüksəlmişdi.

Poliqon.info

Избранный
62
3
poliqon.info

4Источники