Bakının Nizami rayonunda ərini qətlə yetirməkdə cəhddə təqsirli bilinən Aynur Nağıyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb. Əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.
Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə ərinə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub.
Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Aynur Nağıyeva məhkəmə ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. O deyib ki, dəfələrlə ərinin xəyanətini, başqa qadınlarla danışığını tutub. (Pravda.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта