RU

"Liverpul" onun transferini həll etdi: Bu qədər xərci var

"Liverpul" "Parma" ilə bu klubun müdafiəçisi Covanni Leoninin transferi barədə razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat verib.

Müqavilənin dəyəri təxminən 35 milyon avro təşkil edəcək. Bundan əlavə, "Parma" gələcəkdə "Liverpul" oyunçunu satacağı halda satışdan müəyyən faiz qazanacaq.

İtaliyanın U-19 yığmasının üzvü olan 18 yaşlı Leoni "Parma"nın heyətində cəmi 17 oyun keçirib, 1 qol vurub. Buna baxmayaraq o, artıq İtaliyanın ən perspektivli müdafiəçilərindən biri hesab olunur.

Избранный
35
publika.az

1Источники