RU

İranı qarışdıran Azərbaycan xəritəsi – Pezeşkianın adamı ortaya çıxardı

  İran hökumətinin sözçüsü Fatimə Mühacirani Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı razılaşmaya münasibət bildirib. Mətbuat konfransına Azərbaycan və Ermənistan xəritəsi ilə çıxan Mühacirani qeyd edib ki, Zəngəzur dəhlizi adlanan yol Tehran-İrəvan sərhədinin kiçik bir hissəsidir.

Onun sözlərinə görə, İslam Respublikası regionda hər hansı ciddi dəyişikliyə qarşıdır, lakin İran mediası məsələni sanki ölkənin bütün şimal sərhədləri itirilibmiş kimi təqdim edir.

Mühaciraninin xəritə üzərindən reallığı izah etməsi Tehran rejiminə mesajdır? İran daxilində məsələ ilə bağlı fikir ayrılığı hansı şəkildə sonlacaq?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, İran hökuməti Prezident Məsud Pezeşkianın formalaşdırdığı komandadır və onlar Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmır, əksinə, konstruktiv mövqe tuturlar:

 
“Lakin İranın ali rəhbəri Seyid Əli Xamenei, ona bağlı qurumlar və mühafizəkar dairələr bu dəhlizə sərt şəkildə etiraz edir. Belə bir mövqe Tehrana qarşı beynəlxalq təzyiqlərin artmasına və qonşularla münasibətlərin gərginləşməsinə səbəb olur. Yəni Pezeşkian və onun hökumətinin mövqeyi reallıqlara uyğundur. O, dəhlizin İranın təhlükəsizliyinə və şimal sərhədinə təhdid yaratmadığını bildirir. Mühafizəkar, paniranist və antitürk dairələr isə Türkiyə-Azərbaycan əməkdaşlığının güclənməsini qəbul etmir, İrəvan-Bakı arasında siyasi böhranın və gərginliyin davamında maraqlı görünürlər. Bu səbəbdən hökumət və mühafizəkar qüvvələr arasında ciddi fikir ayrılıqları qalmaqdadır”.


Məhəmməd Əsədullazadə

Politoloq qeyd edib ki, Mühaciraninin xəritələrlə çıxışını mühafizəkar dairələrə ünvanlanmış mesaj kimi qiymətləndirmək olar:

“Ümumilikdə, İran siyasi elitasında bu mövzuda parçalanma müşahidə edilir və vəziyyətin nə qədər davam edəcəyi hələ məlum deyil. İran prezidenti çox çalışır ki, Azərbaycanla münasibətləri normal saxlasın. Lakin paniranist və antitürk qüvvələrin geri çəkilməsi ehtimalı hələ ki azdır. Bu siyasət, xüsusilə ali rəhbərin mövqeyi, həm İran-Azərbaycan, həm də İran-Ermənistan münasibətlərinə mənfi təsir göstərə bilər”.  

Избранный
16
2
referans.az

3Источники