Kriptovalyuta bazarının lideri olan "Bitcoin" qiymət artımını davam etdirərək 124 min dollar həddini keçib və yeni tarixi rekord müəyyənləşdirib.
Demokrat.az xəbər verir ki, "Binance"ın məlumatına görə, qiymət artımı avqustun 14-də saat 04:40-da maksimuma çataraq 124 000 dollardan yuxarı olub. Daha sonra isə azalma müşahidə edilib və saat 06:10-da 123 560 dollar səviyyəsinə enib.