Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında dövlət əmlakının icarəyə verilməsindən yerli büdcəyə 398,5 min manat vəsait daxil olub.
"Report"un yerli bürosu xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 92,1 % çoxdur.
Hesabat dövründə dövlət əmlakının icarəyə verilməsi ilə bağlı 138 yeni icarə müqavilə bağlanıb, 119 icarə müqaviləsinin müddəti uzadılıb.
1 il əvvələ nisbətən yeni icarə müqavilələrinin sayı 66 ədəd və yaxud 91,6 %, müddəti uzadılmış müqavilələrin sayı isə 40 ədəd və yaxud 50,6 % artıb.