Əməkdar artist Fərqanə Qasımova atası Xalq artisti Alim Qasımovla bağlı paylaşım edib.
Bizim.Media xəbər verir ki, o, atası ilə birgə çəkilən videosunu izləyiciləri ilə bölüşüb.
Fərqanə paylaşıma bu sözləri yazıb:
“Atam... Sən mənim ilk musiqim, ilk duamsan...Səsinlə böyüdüm, nəfəsinlə gücləndim. Hər notunda məni qoruyan, hər baxışında məni anlayan bir ürək var - ata ürəyi. Sən mənə yalnız sənəti deyil, insan olmağı, şəfqəti, sədaqəti öyrətdin. Mən bu dünyada ən böyük şərəfi daşıyıram - sənin qızın olmaq... Var ol, ustadım Allah səni hər zaman qorusun”.
Sara, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта