Naxçıvan, 14 avqust, AZƏRTAC
Naxçıvanda daşınmaz əmlakla bağlı xidmətlərin elektronlaşdırılması və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində tədbirlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu ilin 7 ayında vətəndaşlardan sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən xidmətə 3624 elektron müraciət daxil olub. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çoxdur.