RU

Bu ilin yeddi ayında İİV-ə yoluxanların sayı açıqlandı — RƏSMİ

Bu ilin yeddi ayı ərzində aparılan müayinələr nəticəsində 762 nəfər İnsanın immunçatışmazlığı virusu ilə (İİV) yaşayan şəxs aşkar edilərək qeydiyyata alınıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, onların 542-si kişi, 207-si qadın olmaqla 749 nəfəri Azərbaycan vətəndaşı, 13-ü isə əcnəbidir.

Cari dövrdə İİV-ə yoluxan Azərbaycan vətəndaşları arasında inyeksion narkotik istifadəsi ilə əlaqəli hallar 35 nəfər təşkil edib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə (799 nəfər) bu il yoluxma hallarında cüzi azalma müşahidə olunur. Bu göstərici, vaxtında aparılan müayinələrin və profilaktik tədbirlərin əhəmiyyətini bir daha təsdiqləyir.

Избранный
78
17
demokrat.az

10Источники