RU

14 Avqust 2025 – Bakı və Abşeron yarımadasında hava proqnozu

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Səhər və axşam bəzi yerlərdə yağış və şimşək ehtimalı var. Şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Finss.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Havanın temperaturu: gecə +22…+25°C, gündüz +28…+31°C. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət gecə 70–75%, gündüz 40–45% təşkil edəcək.

Azərbaycanın rayonlarında fasilələrlə yağış və şimşək, bəzi yerlərdə leysan xarakterli intensiv yağış və dolu ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman müşahidə olunacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu rayonlarda: gecə +20…+24°C, gündüz +30…+34°C; dağlarda gecə +12…+17°C, gündüz +18…+23°C.

Əlavə bax: Bakı Fond Birjasında Mərkəzi Bankın 5 milyon manatlıq diskontlu notları uğurla yerləşdirildi

Избранный
105
2
fins.az

10Источники