RU

İrəvan və Bakı kommunikasiya xətlərinin blokadadan çıxarılması üçün işçi qrupu yaradacaq – Erməni nazir

“Azərbaycan ərazisindən keçən yollar Ermənistan üçün də açıq olacaq”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan bildirib.

Nazirin sözlərinə görə, hazırda bu yollar hələ istifadəyə verilməyib və Ermənistan vətəndaşları üçün hərəkət imkanı mövcud deyil.

“Lakin biz onların bütün Ermənistan vətəndaşları üçün əlçatan olması istiqamətində sürətlə irəliləyirik”, – deyə Xudatyan əlavə edib.

O vurğulayıb ki, ABŞ-da imzalanan sənədlər nəticəsində yollar blokadadan çıxarılacaq.
Nazir bunu Ermənistan dövlətinin inkişafı üçün çox mühüm faktor adlandırıb.

David Xudatyan prosesin birtərəfli xarakter daşıya biləcəyi ehtimalının onu narahat etmədiyini söyləyib:

“Ərazi bütövlüyü, suverenlik, yurisdiksiya və qarşılıqlılıq prinsiplərinə əməl olunmasının təminatı imzalanmış sənədlərdir”, – deyə o qeyd edib.

Nazir həmçinin bildirib ki, İrəvan və Bakı, kommunikasiya xətlərinin blokadadan çıxarılması barədə əldə edilmiş razılaşmalar çərçivəsində işçi qruplar yaradacaqlar.

Gömrük və nəzarət prosedurları ilə bağlı suala cavab verməkdən yayınan Xudatyan, yalnız yolun Ermənistanın yurisdiksiyasında olacağını və bununla bağlı bütün texniki və məzmun məsələlərinin ölkə tərəfindən həll ediləcəyini bildirib.

Bizim.Media

Избранный
56
1
bizim.media

2Источники